ABŞ Müdafiə Nazirliyi bütün Amerika qoşunlarının Suriyadan tam çıxarılması üçün plan hazırlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə iki amerikalı məmura istinadən NBC televiziya şirkəti məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp və ona yaxın Vaşinqton administrasiyasının nümayəndələri bu yaxınlarda qoşunların ölkədən tam çıxarılmasında maraqlı olduqlarını bildiriblər.
Nəticədə Pentaqon bu addımı 30, 60 və ya 90 gün ərzində həyata keçirmək üçün planlar hazırlamağa başlayıb.