Tanınmış plastik cərrahın lisenziyası ləğv olundu

12:13 - 5 Fevral 2025 - Cəmiyyət

Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.  

Ucnoqta.az lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib. 

Qərara əsasən, Sevinc Heydərovanın platik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub. Onunla bərabər 10-a yaxın plastik cərraha qadağa qoyulub. 

Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib. 

"İnternational Medical Centre"dən də saytımıza bu barədə açıqlama verilməyib. 

Xəbər xətti