Azərbaycandan Rusiyaya kərə yağı ixracı 4 dəfə artıb

19:56 - 4 Fevral 2025 - DÜNYA

Azərbaycan, Uruqvay və Argentina Belarus kərə yağının idxalının azalması fonunda 2025-ci ilin yanvarında Rusiyaya kərə yağı tədarükünü artırıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rosselxoznadzor bildirib.

“VetİS” Federal Dövlət İnformasiya Sisteminin məlumatına görə, 2025-ci ilin əvvəlindən Belarusdan Rusiyaya kərə yağı tədarükünün ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azalması qeydə alınıb.
Bununla yanaşı, Azərbaycan, Uruqvay və Argentinadan da Rusiya Federasiyasına kərə yağı ixracında artım müşahidə olunur.

Belə ki, 2025-ci ilin yanvar ayında Belarusdan Rusiyaya 5,6 min ton kərə yağı idxal edildiyi halda, 2024-cü ilin yanvarında idxal 10,2 min ton təşkil edib.

Eyni zamanda, Belarusla bağlı vəziyyət fonunda Azərbaycandan kərə yağı idxalı demək olar ki, dörd dəfə artıb.
Belə ki, 2025-ci ilin yanvar ayında bu ölkədən 940 ton, 2024-cü ilin eyni dövründə isə 240 ton tədarük edilib.

Qeyd edək ki, Azərbaycanda son 2-3 ayda kərə yağı qiymətləri təxminən 30 faiz artıb. Əvvəllər 19 manata satılan yağ indi alıcılara 24 manata təklif edilir.

Xəbər xətti