Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında bildirib.
“İş son mərhələdədir, yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc olunacağını gözləyirik. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır, bu, çox incə və əziyyətli işdir" - Karabayev deyib.
O qeyd edib ki, işlərdə Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edir.