Kadırov daha bir könüllü qrupunu döyüş zonasına göndərdi

19:53 - 3 Fevral 2025 - DÜNYA

Daha bir könüllü qrupu Qroznı Beynəlxalq Hava Limanından xüsusi hərbi əməliyyatın keçirildiyi əraziyə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə rayon rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında məlumat verib.

“Bu cəsur və Vətənə sadiq döyüşçülər şüurlu şəkildə çətin, lakin nəcib bir yol - Vətənin müdafiəsini seçdilər. Hər bir könüllü Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin təlimatçılarının rəhbərliyi altında hərtərəfli döyüş hazırlığı keçib”, - Kadırov yazıb.

O qeyd edib ki, Axmat-Xadji Kadırov adına regional ictimai fond döyüşçüləri müasir texnika ilə təmin edib, yol və yaşayış xərclərini tam ödəyib.

Xəbər xətti