Çin ABŞ-ın Çin məhsullarına rüsum tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edəcək və öz hüquq və maraqlarını müdafiə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
“Birtərəfli tariflərin tətbiqi ÜTT qaydalarının ciddi şəkildə pozulmasıdır və nəinki ABŞ-ın daxili problemlərinin həllinə kömək etmir, həm də Çin və ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına xələl gətirir.
Vaşinqtonun qeyri-qanuni hərəkətlərinə cavab olaraq Çin ÜTT-də məhkəməyə müraciət edəcək və hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün müvafiq əks tədbirlər görəcək”, - deyə məlumatda bildirilir.