Xartum əyalətində yerləşən Omdurman şəhərində bazara artilleriya zərbəsi nəticəsində azı 61 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
O, yerli həkimlərin məlumatlarına istinad edərək, qəsdən atılan atəş nəticəsində daha 65-dən çox insanın yaralandığını bildirib. Zərbənin Çevik Reaksiya Qüvvələri (RRF) tərəfindən həyata keçirildiyi iddia edilir.
Öz növbəsində respublikanın Səhiyyə Nazirliyi 54 nəfərin öldüyü, 158 nəfərin yaralandığı barədə məlumat yayıb.