Vergi borcu olanların NƏZƏRİNƏ!

12:55 - 31 Yanvar 2025 - Cəmiyyət

2024-cü ildə 7 mindən çox şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Bundan başqa, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib.

643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.

Xəbər xətti