Fransanın Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Fransa prezidenti Emmanuel Makronun vaxtından əvvəl istefa verəcəyini istisna etmir.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə LCI telekanalının efirində məlumat verib.
“Mən Makronun istefasını tələb etmirəm, çünki bu, bizim institutların ənənəsinə uyğun deyil, lakin bunu istisna etmirəm”, – o deyib.
Le Pen dövlət başçısı istefa verəcəyi təqdirdə seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək planlarını təsdiqləyib.