Etiraz aksiyaları ilə Gürcüstanın inkişafına mane ola bilməyəcəklər - Kobaxidze

00:30 - 30 Yanvar 2025 - DÜNYA

Gürcüstan müxalifəti davam edən etiraz aksiyaları ilə ölkənin inkişafına mənfi təsir göstərə bilməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Onların hərəkətləri yalnız o halda ölkəmizə zərər verə bilər ki, radikal müxalifətin zorakılıq üçün resursları olsun. Biz bu resursu 5 günə radikal müxalifətin üzünə bağladıq, ona görə də bu hərəkətlər ölkənin inkişafına heç bir mənfi təsir göstərə bilməyəcək” - Kobaxidze müsahibəsində deyib.

Baş nazirin qeyd edib kimi, yanvarın əvvəlindən müxalifət gündə 500 nəfər də toplaya bilməyib.
“Radikal müxalifət üçün hər şey bitdi”, - deyən Kobaxidze vurğulayıb ki, ölkə inkişaf etməkdə davam edir və bunun üçün hər cür şərait yaradılıb.///tass

Xəbər xətti