“Qarabağ” Yunanıstana yola düşdü

13:18 - 29 Yanvar 2025 - İDMAN

Avropa Liqasının Liqa mərhələsinin sonuncu, 8-ci turunda “Olimpiakos”la qqarşılaşacaq “Qarabağ” futbolçulraı Yunanıstana yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı klubun Mətbuat xidməti yayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bu gün yerli vaxtla saat 19:40-da mətbuat konfransı təşkil olunacaq.

Saat 20:00-da isə komanda açıq məşqə çıxacaq.

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti