"Çelsi"nin keçmiş oyunçusu Abramoviçin klub satışına kədərləndiyini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel “The Obi One Podcast” nəşrinə bildirib ki, biznesmen Roman Abramoviç “Çelsi”nin məcburi satışından hələ də məyusdur.
O qeyd edib ki, Abramoviçə yaxın adamların dediyinə görə, rusiyalı iş adamı hələ də onun üçün “uşaq kimi” olan klubun itkisinə görə kədərlənir.
“Onun yaxın adamları ilə danışdım. O, hələ də məyusdur, klubu satmaq məcburiyyətində olduğuna görə hələ də əsəbidir. Çünki övladını itirdi. Chelsea onun körpəsi idi.
"O, kluba, azarkeşlərə, oyunçuların qayğısına qalırdı" - Obi Mikel deyib.