Səsverməni 80 minə yaxın müşahidəçi izləyir - MSK sədri

09:30 - 29 Yanvar 2025 - Cəmiyyət

Səsvermə günü seçki məntəqələrində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır.

Ucnoqta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib.

O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib:

"Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin, məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır".///report

Xəbər xətti