"Eovin" fırtınası İrlandiyanı rekord qıran küləklərlə vurub, yüz minlərlə insanı elektriksiz qoyub, on minlərlə insan mobil telefon xidmətindən məhrum olub və ictimai nəqliyyatda böyük gecikmələrə səbəb olub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Respublikanın Meteorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Qaluey qraflığında 183 km/saat (113 mil) küləyin qeydə alınıb.
Bu, 1945-ci ildə müəyyən edilmiş rekordu (182 km/saat) yeniləyib.
Enerji operatoru ESB Networks-in məlumatına görə, elektrik xətlərinin qırılması 560 min insanı işıqsız qoyub. Qonşu Şimali İrlandiyada 93 min insan işıqsız qalıb.
Fəlakət həmçinin hava limanlarının bağlanmasına səbəb olub - İrlandiyanın Dublin və Şennon, həmçinin Şotlandiyanın Edinburq və Qlazqo hava limanlarına reyslər qəbul edilmir və ya göndərilmir.
Bir sıra İrlandiya və Böyük Britaniya qatar şirkətləri qatarlar böyük fasilələrlə işləyə biləcəyi üçün xidmətlərindən istifadə etməməyi tövsiyə ediblər.