ABŞ Ukraynaya görə Rusiyaya təzyiq göstərmək də daxil olmaqla, Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətinin aşağı salınmasını istəyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışarkən deyib.
“Mən həmçinin Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətini aşağı salmağı xahiş etmək niyyətindəyəm. O, qiymət aşağı düşsə, Rusiya ilə Ukrayna arasındakı müharibə dərhal bitəcək, lakin hazırda qiymət bu müharibəni davam etdirmək üçün kifayət qədər yüksəkdir" ”, - Tramp bildirib.
Tramp onu da bildirib ki, OPEK ölkələri neftin qiymətini çoxdan aşağı salmalı idilər, belə olan halda, onun fikrincə, Ukraynada münaqişə artıq bitmiş olardı.
ABŞ prezidenti həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı hazırda Şimali Amerika ölkəsinə təxminən 600 milyard dollar sərmayə qoyur, lakin o, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuddan bu rəqəmi 1 trilyon dollara çatdırmağı xahiş edəcək.