Türk Hava Yolları 12 ildən sonra Suriyaya ilk uçuşunu həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, yerli vaxtla saat 09:00-da İstanbuldan havaya qalxan Airbus A330 təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına eniş zamanı TRT Haber telekanalı tərəfindən nümayiş etdirilib.
Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.
İran vətəndaşları Suriyaya daxil olmaq üçün yerli hakimiyyət orqanlarından icazə almalıdırlar. Oxşar qayda xarici KİV nümayəndələrinə də aiddir.
Aviaşirkət həmçinin xəbərdarlıq edib ki, xarici bank kartları ilə xidmət və malların ödənilməsi mümkün olmadığı üçün xarici vətəndaşlar Suriyaya daxil olarkən nağd valyutaya malik olmalıdırlar.