Qəzza şimal sakinləri yanvarın 25-dən öz evlərinə qayıdacaqlar

12:39 - 23 Yanvar 2025 - DÜNYA

Qəzza zolağının şimalında yaşayan və İsrailin hərbi əməliyyatları səbəbindən oranı tərk etmək məcburiyyətində qalan fələstinlilər anklavda atəşkəs razılaşmasının yeddinci günü - yanvarın 25-i şənbə günü öz evlərinə qayıtmağa başlayacaqlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının Telegram kanalında məlumat dərc olunub.

Hərəkat əlavə edib ki, nəqliyyat vasitələri Qəzzanın şimalına qayıtmaq üçün də istifadə oluna bilər, lakin onlar anklavın cənub bölgələrini tərk etməzdən əvvəl yoxlamadan keçməlidirlər.

Atəşkəs razılaşmasının 22-ci günündə (9 fevral) hazırda Salahəddin oxunun yaxınlığında yerləşən (anklavın cənub-şərqində yerləşən) köçkünlər şimala piyada qayıda biləcəklər.
Onlar yoxlamalara məruz qalmayacaqlar.

Xəbər xətti