Pirallahıda montyoru "tok" vuraraq öldürüb

09:43 - 23 Yanvar 2025 - HADİSƏ

"Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində transformatorda iş görən zaman onu elektrik cərəyanı vurub. Nəticədə Ş.Yunusov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti