Dortmundun "Borussiya" futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Nuri Şahini istefaya göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çərşənbə axşamı "Borussiya" Çempionlar Liqasının ümumi mərhələsinin səfər matçında "Bolonya"ya uduzub (1:2).
36 yaşlı Şahin 2024-cü ilin iyununda "Borussiya"nın baş məşqçisi olub.
O, bundan əvvəl "Borussiya"nın baş məşqçi postunu tərk edən alman Edin Terziçi əvəzləyib.
Şahin bundan əvvəl Türkiyənin "Antalyaspor" klubuna rəhbərlik edib.