Astarada dostunu güllələyən şəxsə hökm oxunub

11:28 - 22 Yanvar 2025 - ÖLKƏ İÇİ

Dostunu qətlə yetirməkdə təqsirləndirilən Bəşir İsrafilovun məhkəmə prosesi yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il 1 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, hadisə ötən il iyun ayında Astara rayonunda baş verib.

Təqsirləndirilən Bəşir İsrafilov dostu Namiq Əhədovu ov tüfəngi ilə qətlə yetirib. Daha sonra həmin silahla özünü yaralayıb.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.///apa

Xəbər xətti