Zəlzələdən sonra xəsarət alan Tayvan sakinlərinin sayı 26 nəfərə çatıb.
Ucnoqta.az-ın məlumatına görə, Focus Taiwan xəbər portalı xəbər verir ki, dağılmış yollar səbəbindən onlarla insan kənddə sıxışıb qalıb.
Daha əvvəl portal 4 nəfərin xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Zəlzələnin episentrinin yerləşdiyi Çiayi qraflığının Dapu bölgəsində ciddi dağıntı qeydə alınıb. Dapudakı ofislər və məktəblər dağıntı səbəbindən bağlanıb. Bir neçə yol daşla örtülüb.
Qeyd edək ki, çərşənbə axşamı yerli vaxtla saat 00:17-də Tayvanda 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Bunun ardınca adanın cənubunda daha 50-yə yaxın afterşok qeydə alınıb ki, onların da ən güclüsü 5,2 bal gücündə olub.