İntensiv metrodan istifadə edirəm - “Bakı Metropoliteni”nin sədri

14:22 - 20 Yanvar 2025 - Xəbər

"Bakı Metropoliteni" QSC-nin yeni sədri Vüsal Aslanov hazırda daha intensiv metrodan istifadə etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:

“Son illərdə, daim olmasa da, metropolitendən istifadə edirdim. Metropolitenin memarlığı, xüsusən, “Nizami” stansiyası sənət incisidir. Onu yerində görməmək olarmı?!”

V. Aslanov bildirib ki, indi daha çox bu nəqliyyatın cari və gələcək məsələləri ilə məşğuldur:

“Deməli, metropolitendən daim isitifadə edəcəyəm. Stansiyalar, depolar, bir sözlə, bütün metro infrastrukturu gündəlik həyatımın bir hissəsinə çevrilib”.

Xəbər xətti