Hamburqda Elbada barjın bərə ilə toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Qəza zamanı bərənin göyərtəsində 25 nəfər olub.
Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumatlara görə, barj hələ məlum olmayan səbəbdən estakadadan qopub.