İsrail anklavda atəşkəs razılaşmasını təsdiq edərsə, ilk girovlar yanvarın 19-u bazar günü Qəzza zolağından İsrailə qayıda bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilir ki, İsrail kabineti və hökumətinin təsdiqi və sazişin qüvvəyə minməsi şərti ilə, girovların azad edilməsi planlaşdırıldığı kimi davam edə bilər və bazar gününə qədər gözlənilir.