ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimində iştirak etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times (NYT) öz nümayəndəsinə istinadən məlumat yayıb.
Pelosinin mərasimi niyə buraxacağını açıqlanmır, lakin nəşr qeyd edir ki, o, heç vaxt Trampa qarşı mənfi münasibətini gizlətməyib.
Qəzet xüsusilə qeyd edir ki, keçmiş spiker respublikaçıları vəzifəyə yararsız adlandırıb.