Bəzi qida maddələri qaraciyərin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Filtr qəhvə, tünd şokolad, enginar və nar kimi qidaların qaraciyər sağlamlığı üçün əhəmiyyətini vurğulayan mütəxəssis hər gün yarım qreypfrut qəbulunun qaraciyər üçün də çox faydalı olduğunu deyir.
Ucnoqta.az xəbər verir ki, qastroenteroloq prof. dr. Bülent Yaşar qaraciyər sağlamlığını qorumaq üçün Aralıq dənizi pəhrizinin, nizamlı idmanın və təbii həll yollarının əhəmiyyətini vurğulayıb.
Mütəxəssis qeyd edir ki, həmçinin hər gün yarım qreypfrut istehlakı qaraciyər sağlamlığı üçün əhəmiyyətlidir.
Qaraciyər sağlamlığını dəstəkləyən üç əsas meyvəni açıqlayan professor bildirir ki, qreypfrut, üzüm və nar şəfa mənbəyidir. Xüsusilə qreypfrut toksinləri aradan qaldırmağa kömək edir. Yarım qreypfrutun müntəzəm istehlakı qaraciyərin sağlamlığı üçün vacibdir.
Yenə də müntəzəm məşq, balanslaşdırılmış qidalanma və qeyri-sağlam vərdişlərdən qaçınmaq qaraciyəri uzun illər sağlam saxlamağa kömək edə bilər. Digər tərəfdən bitkilərin özünü qorumaq üçün ifraz etdiyi fitokimyəvi maddələr də insan sağlamlığında mühüm rol oynayır.
Bu təbii birləşmələr həm xəstəliklərin qarşısının alınmasında, həm də müalicə prosesində dəstək kimi istifadə edilə bilər.