AYİB 2025-ci ildə Ukraynaya 1,5 milyard avro yardım ayıracaq

13:59 - 16 Yanvar 2025 - DÜNYA

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Ukraynaya 1,5 milyard avro ayıra bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə AYİB-in Ukrayna və Moldova üzrə direktoru Arvid Türknerə istinadən Bloomberg məlumat yayıb.

2024-cü ildə AYİB Kiyevə təxminən 2,4 milyard avro məbləğində kredit verib.
Bu vəsaitlərin əsas hissəsi Ukraynanın mühüm infrastrukturunun, ilk növbədə enerji şəbəkəsinin saxlanmasının maliyyələşdirilməsinə sərf edilib.

Xəbər xətti