“Qarabağ”ın sabiq qapıçısı "Bayer"lə matçları ən yaddaqalan oyun hesab edir

12:14 - 14 Yanvar 2025 - İDMAN

Almaniyanın "Bayer Leverkuzen" komandası ilə Avropa Liqası oyunları rusiyalı qapıçı Andrey Lunyev üçün 2024-cü ilin ən yaddaqalan hadisələri olub.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə TASS-a Lunev məlumat verib.

"Ötən il kifayət qədər məhsuldar, normal keçdi. 2024-cü ildə ən yaddaqalan hadisələr yəqin ki, Avropa Liqasındakı oyunlar oldu. Konkret desək, əlbəttə ki, "Bayer Leverkuzen"lə matçlar", - Lunev bildirib.

Xatırladaq ki, mart ayında Lunyevin çıxış etdiyi “Qarabağ” Avropa Liqasının 1/8 finalında “Bayer”ə iki oyunun cəmində (2:2, 2:3) uduzub.

Xəbər xətti