20 Yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.
Bu tarixdə ölkə ərazisində qeyri-iş günü olur.
Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan azadlıq mübarizəsini yatırmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini yad edirlər.