Husilər İsrail Müdafiə Nazirliyinə zərbə endirib

08:41 - 14 Yanvar 2025 - DÜNYA

Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumu həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmən husilərinin sözçüsü Yəhya Sariya bildirib. Onun szlərinə görə, husi qüvvələri Təl-Əvivdə İsrail müdafiə nazirliyinə hipersəs ballistik raketlə hücum edib.

“Al Masirah” telekanalı raketin hədəfinə çatdığını və ələ keçirmə sistemlərinin onu izləyə bilmədiyini qeyd edib.

Xəbər xətti