Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın İtaliyanın “Napoli” klubundan Fransanın “Paris Sen-Jermen” futbol klubuna transfer qiyməti 75 milyon avro olacaq.
Ucnoqta.az xəbər verir ki. bu barədə italiyalı jurnalist Nikolo Şira X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O, həmçinin bildirib ki, Kvaratsxeliya ilə müqavilə 2029-cu ilə qədər olacaq və bir mövsüm uzadılacaq.
Futbolçunun Paris klubunda maaşı 9 milyon avro olacaq, 2 milyon avro isə bonuslar şəklində qazanılacaq.
23 yaşlı Kvaratsxeliya 2022-ci ildən "Napoli"də çıxış edir və 2023-cü ildə komandanın tərkibində İtaliya çempionu olub.