Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" restoranına qrup şəkilində kəsici və deşici alətlərlə hücum olub.
Ucnoqta.az bakues.az-a istinadla xəbər verir ki, , hücum edən şəxslər qəsəbə sakinləri Fariz Qədirov, Sübhan Qədirov, Ağa Qədirov və kimliyi bilinməyən 2 nəfər olub.
Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, müştəriləri döydükləri iddia olunub.
Şahidlərin sözlərinə görə, basqınçılar restorana hücum zamanı obyektin işlədilməsinə icazə verməyəcəklərini bildiriblər.
Hücum nəticəsində restorana 25 min manata qədər maddi ziyan dəyib. Restoranı işlədən şəxs ayağından yaralanıb. O, həyatının təhlükə altında olduğunu bildirib.