Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsi ilə əlaqədar Ukrayna və onun Moldovada olan qaçqınları üçün əlavə olaraq 148 milyon avro humanitar yardım ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.
"148 milyon avroluq yeni maliyyə vəsaiti həm Ukraynada, həm də Moldovada mühüm humanitar yardımı dəstəkləməyə davam edəcək və Komissiyanın ümumi humanitar yardımını 1,1 milyard avrodan çox təşkil edəcək", - AK-nin bəyanatında deyilir.
Qeyd olunur ki, maliyyə təcili yardıma, o cümlədən qida, sığınacaq, təmiz su, səhiyyə və qış mühafizəsinə yönəldiləcək.