“Qazprom” kütləvi ixtisarlara başlayır

14:28 - 13 Yanvar 2025 - DÜNYA

"Qazprom" 1500-dən çox işçini mərkəzi ofisdən ixtisar etmək qərarına gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə 47news telekanalı korporasiyanın idarə heyətinin sədr müavini Yelena İlyuxinanın yanvarın 10-da yayılmağa başlayan təklifinə istinadən məlumat yayıb. 

Nəşr iddia edir ki, bu, artıq qəbul edilmiş qərarın prosessual rəsmiləşdirilməsi məsələsidir.
Buna səbəb kimi təkrarlanan funksiyaların və həddindən artıq bürokratik proseslərin aradan qaldırılması, işçilərin nəticəyə diqqətinin artırılmas, idarəetmə və istehsal proseslərinin bütün səviyyələrində xərclərin optimallaşdırılması göstərilir.

Sənəddə bildirilir ki, 20 il ərzində “Qazprom”un administrasiyasının işçilərinin sayı bir neçə dəfə artıb və onun işçilərinin əmək haqqı fondu ildə 50 milyard rublu ötüb.

Xəbər xətti