İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Bəxtiyar Hacıyev ittiham olunduğu maddələrlə təqsirli bilinib, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hökmdən əvvəl müttəhim son sözündə özünü təqsirli bilmədiyini təkrarlayıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev iki il əvvəl polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma), 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham edilir.