Mozambikdə həbsxanadan kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb

00:01 - 26 Dekabr 2024 - DÜNYA

Mozambikdə yüksək rejimli həbsxanadan kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mozambik Polis Qüvvələrinin komandanı Bernardino Rafael bildirib. 1534 məhbusun qaçması müxalifətin lideri Venansio Mondleynin çağırışı ilə keçirilən nümayişlər kontekstində mümkün olub.

“Paytaxt Maputodan 14 km aralıda yerləşən ciddi rejimli həbsxanadan 1534 məhbus, o cümlədən terrorizmə görə məhkum olunmuş 29 məhbus qaçıb”, - Lusa xəbər agentliyi ondan sitat gətirib.

Ədliyyə Nazirliyinin daimi katibi Justino Tonela bildirib ki, qaçış 3000 məhbusun yerləşdirilməsi üçün nəzərdə tutulmuş həbsxanadakı üsyan nəticəsində baş verib və baş verənlərin dəqiq təfərrüatları hələ də müəyyənləşdirilir.

Xəbər xətti