Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 120,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.
Ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.