Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Ulu Öndərin xatirəsini yad ediblər

15:58 - 12 Dekabr 2024 - Cəmiyyət

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları əvvəlcə Ulu Öndərin mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Ucnoqta.az xəbər verir ki, Regional İdarənin akt zalında keçirilən dəyirmi masada çıxış edən Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib. Bildirilib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında mühüm bir dövrdür. 1993-cü ildə Azərbaycan xalqı dünyanın ən böyük siyasət adamını – Heydər Əliyevi hakimiyyətə gətirib. Ötən illərdə Ümummilli Liderin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, eləcə də dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Zəfər yürüşü işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.


Xəbər xətti