Rusiyanın Novosibirsk şəhərinin mərkəzində naməlum şəxs bank filialından oğurluq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, dekabrın 12-də saat 9:05 radələrində polisə Novosibirsk şəhərinin Mərkəzi rayonunda yerləşən maliyyə institutundan quldurluq və pul oğurluğu barədə məlumat daxil olub.
Polis bank soyğununda şübhəli bilinən şəxsi axtarır.
Faktla bağlı cinayət işi başlanıb.
Bildirilir ki, cinayətkarın yanında “silah kimi istifadə olunan əşya” olub.