12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Ucnoqta.az xəbər verir ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.