Ucnoqta.az
www.ucnoqta.az

DİN əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər

12:10 - 12 Dekabr 2024 tarixində dərc olunub.

12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günüdür. 

Ucnoqta.az xəbər verir ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Müəllif: Ucnoqta.az redaksiyası