Nazir sabiq deputata yüksək vəzifə verdi - FOTO

16:49 - 3 Dekabr 2024 - Cəmiyyət

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə yeni müşavir təyin edib.

Ucnoqta.az modern.az-a istinadən xəbər verir ki, Sahil Babayevin əmri ilə Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib.

Məlumatı saytımıza açıqlamasında Əmək və Əhalisinin Sosial Müdafiə Nazirliyi təsdiqləyib.

Qeyd edək ki, Jalə Əhmədova Milli Məclisin VI çağırış (2020-2024-cü il) deputatı olub.

Xəbər xətti