Moskva İrəvanla sazişlərin bütün spektrinə sadiq qalır və müttəfiqləri qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərindən imtina etmir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rusiya - Ermənistan” ikinci ictimai forumunda deyib.
“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında assosiasiyalar çərçivəsində bütün sazişlərə sadiq olub və sadiq qalır. Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən imtina etmirik. Biz illərdir Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını birlikdə formalaşdırırıq. Göründüyü kimi, Rusiyanın bu məsələdə rolu, xüsusən də regionda və bütövlükdə dünyada dinamik vəziyyəti nəzərə alsaq, həmişə tələbat olub və olacaq. Biz bu aktual məsələ ilə bağlı İrəvanla səmimi və məzmunlu söhbətə hazırıq” - XİN rəsmisi qeyd edib.
Nazir müavini vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və onun xalqı ilə münasibətlərini səmimiyyətlə qiymətləndirir.