Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisiyə işgüzar səfərə gəlmiş Almaniya, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, İsveç və Estoniyanın qanunverici orqanlarının nümayəndələri ilə görüşdən imtina edib.
Ucnoqta.az xəbər verir ki, Papuaşvili “Facebook”da yazıb.
Spiker bildirib ki, Avropa İttifaqının bəzi ölkələrinin parlament üzvlərindən ibarət nümayəndə heyətinin Gürcüstana gəlişi məni təəccübləndirmədi, lakin nümayəndə heyətinin bəzi üzvlərinin Gürcüstanın siyasi və parlament rəhbərliyi ilə görüşmək niyyəti məni həqiqətən də təəccübləndirdi. Onlar bir neçə dəfə Gürcüstan hakimiyyətinə və gürcü cəmiyyətinə qarşı qeyri-dost münasibət göstəriblər.
Papuaşvili qeyd edib ki, nümayəndə heyətinin bəzi üzvlərinin Gürcüstana və onun hakimiyyət orqanlarına qarşı 2-2,5 ildir şahidi olduğumuz qeyri-dost çıxışları və hərəkətləri də Gürcüstanda sülhün və demokratik sabitliyin qorunması səylərimizə mane olur.
"Avropanı sülhpərvər layihə kimi təqdim etmək və eyni zamanda Avropa adına ölkədə iğtişaşlar səpmək mümkün deyil”.