Finlandiya Avropanın turistlər üçün ən bahalı ölkələrindən biri olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “İlta-Sanomat” nəşri Britaniyanın “Good Travel Management” şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Məlum olub ki, Finlandiyaya gələn turistlər adətən 124 avro məbləğində qalmağı planlaşdırsalar da, gündə orta hesabla 178 avro xərcləyirlər.
Tədqiqatçıların fikrincə, Finlandiya xidmətlərin yüksək qiymətinə görə reytinqdə birinci yeri tutub. Həmçinin ölkədə yemək, səyahət və yaşayış bahadır.
Yüksək qiymətlərə baxmayaraq, Finlandiya britaniyalı turistlər arasında, xüsusən də qışda məşhur istirahət yeridir.