İnək südünün qadınlar üçün təhlükələri

18:55 - 10 Noyabr 2024 - DİGƏR

İsveçin Uppsala Universitetinin alimləri inək südündən sui-istifadə edən qadınların ürək-damar xəstəliklərinə daha çox məruz qaldığını göstərən araşdırma aparıblar.

Bunun üçün gündə 400 mililitrdən çox süd içmək lazımdır.

Ucnoqta.az xəbər verir ki, tapıntılar 60 mini qadın olmaqla 101 min nəfərdən ibarət bir nümunə əsasında hazırlanıb.

Alimlər qeyd ediblər ki, çox süd içməyin ən çox yayılmış üsulu latte içkisidir. Məhz bu, insult və infarktlara səbəb ola bilər.
Ancaq südün tərkibindəki yağ faizinin əhəmiyyəti yoxdur. Hamısı laktoza ilə bağlıdır, bu da hüceyrənin iltihabına gətirib çıxarır, ürəyə yükü artırır.

Xəbər xətti