Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norveçdə "Budyo Qlimt" komandası ilə qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda keçirilən qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.
Oyunun 22-ci dəqiqəsində Ağdam təmsilçisi Toral Bayramovun dəqiq zərbəsi ilə hesabı açıb.
41-ci dəqiqəsində "Budyo Qlimt" hesabı bərabərlışdirib. Patrik Berq fərqlənib. İkinci hissənin 59-cu dəqiqəsində köhlən atlar hesabda irəli keçib. Bu dəfə Abdullah Zubir fərqlənib 1:2.
Oyun bu hesabla başa çatıb.
Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur
21:45. "Bodo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: Toral Bayramov, 22 (0:1), Patrik Berq, 41 (1:1), Abdullah Zubir, 69 (1:2)
Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)
"Aspmira" stadionu