8 Noyabr – Zəfər Günü ilə bağlı paytaxtda və digər şəhərlərdə konsert və atəşfəşanlıq təşkil olunacaq.
Ucnoqta.az xəbər verir ki, Bakıda tədbir Bulvar ərazisi, Saat qülləsinin yanında olacaq.
Gəncədə şəhər İcra Hakimiyyətinin qarşısında, Lənkəranda Heydər Əliyev adına xatirə parkında, Naxçıvanda Heydər Əliyev muzeyinin qarşısında, Sumqayıtda isə şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək.