Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri noyabrın 27-nə planlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bunu Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə görüşdə respublikanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu deyib.
Nazir qeyd edib ki, Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir.