Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb

12:06 - 5 Noyabr 2024 - Xəbər

Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb.

Ucnoqta.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşasına start verilib.

"İlkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır",- deyə məlumatda qeyd edilib.

Xəbər xətti